Modern.az

Dünyanın ən sirli küçə rəssamının şəxsiyyəti müəyyənləşdi

Dünyanın ən sirli küçə rəssamının şəxsiyyəti müəyyənləşdi

4 Mart 2016, 14:06

 

London Universitetinin Kraliça Mariya Kollecinin alimləri daha çox Benksi ləqəbi ilə tanınan məşhur anonim rəssamın şəxsiyyətini müəyyən edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Benksinin əslı adı Robert Kanninqemdir və o əslən Bristol şəhərindəndir.  

Britaniya mətbuatının məlumatına görə, Benksinin şəxsiyyəti coğrafi profilləşdirmə yolu ilə müəyyən olunub.

Bu metod şəxsin kimliyini onun ən çox ziyarət etdiyi yerlərin əsasında müəyyən etməyə kömək edir. Alimlər Benksinin London və Britsolda divar rəsmlərinin çəkildiyi 140 yeri müəyyən ediblər.  

Açıq mənbələr əsasında onlar həmin yerlərə yaxın barların, oyun meydançalarının və ev ünvanlarının çoxunun Robert Kanninqem adlı gənclə sıx bağlı olduğunu tapıblar.

Məlumata görə Benksinin vəkilləri kollecə müraciət edərək araşdırmalarını dayandırmalarını istəyib.  

Benksi ləqəbli anonim rəssam öz divar rəsmləri və qraffitləri ilə bütün dünyanın diqqətini cəlb etmişdi. Üzünü həmişə gizli saxlayan Benksi dünyanın müxtəlif ölkələrində sosial yönümlü rəsmlər çəkib.    

Vüqar İsmayılov      

 
Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI