Modern.az

Dünya Axısxa Türkləri Birliyinin tanıtım toplantısı keçirilib

Dünya Axısxa Türkləri Birliyinin tanıtım toplantısı keçirilib

Qarabağ

15 Dekabr 2010, 22:52

Azərbaycanda Dünya Axısxa Türkləri Birliyinin (DATÜB) tanıtım toplantısı keçirilib. Bakıdakı “Qafqaz Point” otelinin konfrans zalında keçirilən toplantıda Dünya Axısxa Türkləri Birliyinin (DATÜB) başqanı Ziyaddin İsmixanoğlu və qurumun Türkiyə, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Rusiya, Ukrayna təmsilçiləri, Azərbaycanda yaşayan Axısxa türklərinin “Vətən”cəmiyyətinin yeni seçilmiş başqanı Şəmsəddin Sərvərov və Şura üzvləri iştirak ediblər. Onlarla yanaşı, Axısxa türklərinin bölgələr üzrə nümayəndələri də toplantıda qatılıblar. Toplantının əsas məqsədi dünya Axısxa Türk cəmiyyətlərinin eyni məqsəd uğrunda birləşməsi, bundan sonra ümumi bir birlik altında fəalliyyətlərinin davam etdirilməsi idi.

“Birlikdə güc var” şüarı ilə yola çıxan DATÜB başqanı Ziyaddin İsmixanoğlu çıxışında əsasən Birliyin bu zamana qədər gördüyü işlərdən danışıb. 1991-ci ildən Vətən uğrunda fəaliyyətə başlayan Ziyaddin bəy “əsas məqsədimiz odur ki, millətimiz vətənə əliboş dönməsin, Gürcüstana, öz tarixi torpaqlarımıza geri qayıdarkən öz haqqlarımızla, hüququmuzla geri qayıdaq” deyib. “Vətən”cəmiyyətinin rayon nümayəndələrinin DATÜB-ün fəaliyyəti barədə verdikləri sualları cavablandıran Ziyaddin bəy əsas məqsədin üç istiqamətdə olduğunu bildirib:

1. Əsas fəaliyyətimiz millətimizin vətənə - Gürcüstana -Axısxaya geri qayıtması;

2. Türkiyəyə gedən axısxalılara burada kolaylıqlar saxlamaq, onlara burada yaşama, çalışma və öz fəaliyyət sahələrində kömək etmək.

3. Müxtəlif ölkələrdə yaşayan axısxalılara yardımlar etmək.

 

Əlavə olaraq toplantı DATÜB-ün ölkə nümayəndələrinin öz hesabat xarakterli çıxışları ilə davam edib. Toplantıda çıxış edən axısxalı türklərin “VƏTƏN” cəmiyyətinin sədri Şəmsəddin Sərvərov da bu birliyə dəstək verdiyini, birliyin və cəmiyyətin görəcəyi işlərin bütün axısxalı türklərin xeyrinə olacağını bildirib. Toplantıda media nümayəndələrindən “Vatan”, “Türkel” qəzetləri və “Altın köprü” jurnalının baş redaktoru, Axısxa Media Mərkəzinin başqan yardımcısı Ramiz Məşədihəsənli və Vakıf başqanı, “Vatan”, “Türkel” Qəzetləri və “Altın köprü” jurnalının baş redaktor yardımcısı, Axısxa Media Mərkəzinin başqan yardımcısı Hökümə Halilova da iştirak ediblər.

Modern.az

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama