Modern.az

Deputat: “Tikinti qanunu”ndakı boşluqlara etiraz etdi

 Deputat: “Tikinti qanunu”ndakı boşluqlara etiraz etdi

4 Mart 2016, 17:11

“Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanun layihəsi Milli Məclisin iclasında I oxunuşda qəbul olunub.

Modern.az xəbər verir ki, layihənin müzakirəsi zamanı çıxış edən millət vəkili Hüseynbala Mirələmov bildirib ki, qanun layihəsi Bakının daha da gözəlləşməsinə, eləcə də investorların ölkəmizə cəlb edilməsinə şərait yaradacaq.

Deputat qanunda müəyyən boşluqların olduğunu bildirib. O deyib ki, layihəyə qaz anbarlarınin tikilməsi ilə bağlı məsələlər də daxil edilməlidir: “Bundan başqa, Nazirlər Kabinetinin 26 fevral 2016-ci ildə 86 saylı qərarına görə, Bakının 9 rayonunda qəzalı binalar sökülərək, yerində yeniləri tikiləcək.

Bu qərar qəzalı binalarda yaşayan insanların sevincinə səbəb olub. Bu qərardan sonra mənə çoxlu müraciətlər olub və insanlar buna görə, ölkə başçısına minnətdarlıqlarını bildirirlər. Bakı qısa müddətdə sürətlə inkişaf edəcək”.

Spiker deputatın boşlqularla bağlı fikirlərinə münasibət bildirərək söyləyib ki, sözügedən qanunun I oxunuşda müzakirəyə çıxarıldığı nəzərə alınmalıdır: “Qanunlar üç  oxunuşdan sonra qəbul olunur. Hazırda isə birinci oxunuşdur. Burada səslənən bütün təkliflər nəzər alınacaq”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsin sədri Ziyad Səmədzadə bildirib ki, burada layihə ilə bağlı səslənənən bütün təkliflər nəzərə alınacaq:

 “Qanun layihəsi əlaqədar İşçi qrupu yaradılacaq. Ümumiyyətlə, layihə konseptual baxımdan vacib və düzgündür. Qanun investisiya axını baxımdan mühüm olacaq. Qanun I oxunuşda qəbul olunmalıdır”.

Aytən Zəhra 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...