Modern.az

Neftin son aylardakı rekord qiyməti

 Neftin son aylardakı rekord qiyməti

4 Mart 2016, 22:33

 

Dünya bazarlarında neftin qiymətində artım müşahidə olunur. Modern.az saytı xəbər verir ki, bu gün neft son ayların rekord göstəricisinə qədər bahalaşıb.

London birjasında Brent markalı neftinin aprel fyuçeslərinin qiyməti 38,31 dollara qədər bahalaşıb. Bu rəqəm dünən alqı-satqı əməliyyatları başa çatarkən qeydə alınan göstəricidən 1,24 dollar, yaxud 3,35% çoxdur.

Nyu-York birjasında isə WTI neftinin aprel fyuçesləri qiyməti 35,16 dollara satılıb.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...