Modern.az

“Azərbaycanın dəyərlərini əks etdirən reklamlar çox azdır”

 “Azərbaycanın dəyərlərini əks etdirən reklamlar çox azdır”

5 Mart 2016, 12:32


“Millli Məclisdə müzakirəyə təqdim olunması üçün Toponimiya Komissiyasına konkret təklif daxil olmadığından hələlik komissiyanın ayrıca iclası keçirilməyib”.

Modern.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib. O qeyd edib ki, Toponimiya Komissiyası ölkədə yer adları, coğrafi adlarla bağlı məsələləri müzakirə edir.

“ Komissiyanın funksiyalarına aid olan məsələlər Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında müzakirə edilib, elmi baxımdan lazımı məsələlərə münasibət bildirilib, həmçinin bu istiqamətdə aparılan tədqiqatları ümumiləşdirmişik. Amma, hələki iclas olmayıb”.

Komitə sədri təssüflə bildirib ki, çox zaman Azərbaycanda reklam istehsalçıları tərəfindən “Reklam haqqında” Qanundakı ana dilinə hörmətlə yanaşılmır, tələblər pozulur.
 
“Ana dilinin reklam işində, şəhərsalmada öz yerini tapması məsələləri Dilçilik İnstitutunun Monitorinq qrupu tərəfindən yoxlanılır və mövcud icra hakimiyyəti oqranlarına konkret təkliflər verilir. Təssüf ki, bu təkliflərin çoxu lazımı səviyyədə dəyərləndirilmir. Çünki bizdə xarici reklamlara böyük yer ayrılır. Bu barədə dilçi alimlərdən ibarət monitorinq qrupları öz fikirlərini bildirirlər. Amma, buna az nəzər yetirilir”.

İ. Həbibəylinin sözlərinə görə, bu gün Azərbaycanın dəyərlərini əks etdirən reklamlar çox azdır.

Aytən ZƏHRA

Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...