Modern.az

Azərbaycanda “ekspert qiyamı”: onlar öz şərhlərinin qiymətini qaldırırılar

Azərbaycanda “ekspert qiyamı”: onlar öz şərhlərinin qiymətini qaldırırılar

Qarabağ

16 Dekabr 2010, 14:05

Əlimməməd Nuriyev: “Tədbirlərə dəvət edilən xarici ekspertlərə 5000 avro, bizim ekspertlərin çıxışlarına cəmi 150 avro pul yazılır”

Azərbaycanda müəyyən sahələr üzrə tanınmış ekspertlər onlara məxsus əqli mülkiyyət hüquqlarının qiymətləndirilməməsi ilə bağlı narazılığını açıqlayıblar.  Əlimməməd Nuriyev, Qubad İbadoğlu, Vüqar Bayramov, Rəna Səfərəliyeva və digər tanınmış eksperlər Azərbaycanda keçirilən beynəlxalq konfranslarda etdikləri çıxışlarına görə verilən pulun miqdarının azlığından şikayət ediblər.

Modern.az-a açıqlamasında Konstitusya Araşdırmaları Fondunun rəhbəri Əlimməməd Nuriyev bildirib ki, beynəlxalq tədbirlərə dəvət edilən xarici ekspertlərə 5000 avro verildiyi halda, yerli ekspertlərin çıxışlarına görə cüzi məbləğ ödənilir.

“Təsəvvür edin ki, bizim ekspertlərin çıxışlarına cəmi 150 avro pul yazılır. Halbuki xarici dəvət edilən xarici ekspertlər bizdən 50 dəfə artıq pul alırlar. Bəzən xarici ekspert heç məsələnin məğzini belə bilmir. Halbuki, bizim yerli ekspertlər qaldırılmış problemlərlə bağlı daha əhatəli çıxış edir və təkliflərini verirlər”-deyə Ə.Nuriyev qeyd edib. Onun sözlərinə görə, bu, bu əqli mülkiyyət hüququnun pozulmasıdır.

Adları çəkilən ekspertlər razlığa gəliblər ki, onlarn beynin məhsulu olan tədqiqatlar və çıxışalara yüksək qiymət qoyulmasını tələb etsinlər.
“Mən artıq dəvət olunduğum beynəlxalq tədbirlərdə çıxışım üçün qonararın qiymətini müəyyən etmişəm. 500 avro”-deyən Ə.Nuriyevin sözlərinə görə, digər ekspertlər də bu addımı atmağa qərar veriblər.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama