Modern.az

Prezidentin tapşırdığı məsələlər Füzulidə icra olunur

Prezidentin tapşırdığı məsələlər Füzulidə icra olunur

İqtisadiyyat

7 Mart 2016, 10:19

Prezident İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqlarının icrası məqsədilə Füzuli rayonunda növbəti tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev həftəsonu Birinci və Beşinci Qayıdış qəsəbələrində, həmçinin Araz Dilağarda və Araz Zərgər kəndlərində  vətəndaşlarla görüşüb, onlara söhbət edib, problem və qayğılarını dinləyib. Görüş zamanı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi, həyatyani torpaq sahələrindən səmərəli istifadə olunması barədə Prezident İlham Əliyev tərəfindən verilən tapşırıqların icrası ilə bağlı rayonda görülən işlər müzakirə olunub.
 Alı Alıyev aidiyyəti təşkilatların nümayəndələri ilə Qayıdış qəsəbələrində və Araz Dilağarda və Araz Zərgər kəndlərində kənd sakinlərinin həyatyani torpaq sahələrindən istifadəsi ilə maraqlanıb, heyvandarlıq və bostan-tərəvəz məhsullarının istehsalı ilə məşğul olan ailələrlə görüşüb, onlara məsələhət və tövsiyyələrini verib.

İcra başçısı əhali ilə görüşündə qeyd olunub ki, həm Qayıdış qəsəbələrində, həm də Araz Dilağarda və Araz Zərgər kəndlərində əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi və heyvandarlıq təşkil edir. Hazırda qəsəbələrdə və kənddə həyətyani torpaq sahələrində kartof əkininə başlanılıb, bostan-tərəvəz məhsullarınını yetişdirilməsi üçün şum aparılıb, şəxsi təsərrüfatda iri meyvə bağları və istixanalar yaradılıb.

Məcburi köçkünlərdə rayonda yerli istehsalın inkişaf etdirilməsi, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması, idxaldan asılılığın azaldılması, həyətyani və pay torpaqlarından səmərəli istifadə olunması ilə bağlı məsələdə həmrəylik nümayiş etdirdiklərini bildiriblər

Bildirilib ki, Qayıdış qəsəbələrinin və Araz Dilağarda və Araz Zərgər kəndlərinin qaz, işıq, su və digər sosial qayğıları dövlət tərəfindən tam təmin edilib. Qəsəbələrdə və hər iki kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi kitabxana, poçt məntəqəsi, fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir məcburi köçkün pay torpağı ilə təmin olunub.

Məcburi köçkünlərlə keçirilən görüşlər zamanı görülən işlər, görülməsi planlaşdırılan məsələlər vətəndaşlarla birgə müzakirə olunur, ictimai nəzarət qaydasında mövcud nöqsan və çatışmazlıqlar xalqla birgə həll olunur.










Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...