Modern.az

Rusiya 14 yaşlı qızı öldürən ermənini federal axtarışa verdi

Rusiya 14 yaşlı qızı öldürən ermənini federal axtarışa verdi

7 Mart 2016, 17:10

Rusiya polisi Kislovodsk şəhərində bir neçə gün öncə amansızlıqla öldürülən 14 yaşlı qızın qətlində əsas şübhəli bilinən şəxsi müəyyən edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, qətli 1996-cı il təvəllüdlü Artyom Akopyanın törətdiyi ehtimal olunur.   Stavropol diyarı üzrə istintaq komitəsinin sədr müavini Yekaterina Danilova Akopyanın federal axtarışa verildiyini bildirib.  

Əslən Ukraynanın Donetsk vilayətindən olan 14 yaşlı qızın qaçqın kimi Rusiyaya sığındığı və martın 3-ü axşam evdən çıxaraq bir daha geri qayıtmadığı müəyyən olunub.

Martın 4-də onun meyiti körpü altında tapılıb.    

Vüqar İsmayılov    

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər