Modern.az

AGBank kapitalının 100 milyon manat artırır

AGBank kapitalının 100 milyon manat artırır

7 Mart 2016, 19:11



Martın 4-də “AGBank”ın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirildi. Yığıncağın gündəmində bankın nizamnamə kapitalının artırılması müzakirə olundu. Nəticə olaraq nizamnamə kapitalının 100 milyon manat artırılması qərara alınıb. Xatırladaq ki, “AGBank” ASC 1992-ci ildə təsis edilib. Bankın fəaliyyəti əsasən Azərbaycanda istehsalat və ticarət sektorlarının maliyyələşdirilməsinə yönəlib. Bununla yanaşı, onun xidmətlərindən minlərlə fərdi müştəri də yararlanır. “AGBank”ın səhmdarları arasında iki böyük təşkilat - Beynəlxalq Maliyyə Korporasiyası və Kazimir İnvestment LTD Amerika Sərmayə Fondu var.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...