“Manatın devalvasiyası dövlət büdcəsinin gəlirləri ilə yanaşı xərclərini də artırdı.
Devalvasiyaya nəticəsində büdcənin valyuta ilə planlaşdırılan xərclərinin artımı qaçılmazdır. Əvvəlki büdcənin son variantı hələ 5-6 ay əvvəl tamamlanmışdı və xərclər 1 dollar=1.05 manat məzənnəsi ilə hesablanmışdı. 21 dekabr devalvasiyasında sonra valyuta ilə ödənən xərclər 1 dollar=1.6 manat məzənnə əsasında proqnoz edildi”.
Modern.az saytının məlumatına görə, bu haqda danışan iqtisadçı Rövşən Ağayev bildirib ki, aşağıda qeyd olunan nəticələrə səbəb olub:
“1) Beynəlxalq maliyyə-kredit və ictimai-siyasi təşkilatlara üzvlük haqları 16 milyon manat artdı;2) Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının xərcləri 34 milyon manat artdı;
3) Xarici dövlətlərə veriləcək kreditlər üzrə xərclər 37 milyon manat artdı;
4) Büdcə hesabına ödənəcək xarici borclar (əsas və faiz borcları) təxminən 500 milyon manat artdı”.
Ekspert deyib ki, əlavə olaraq, manatın məzənnəsinin il ərzində dəyişməsi nəticəsində büdcə üçün əlavə xərclərin yaranacağı gözlənir:
“Bu məqsədlə 316 milyon manat nəzərdə tutulub. Bir sözlə, devalvasiya büdcə üçün təxminən 2.2 milyard manat əlavə gəlir yaratmışdı, amma onun təxminən yarısını da geri alır..”.
Gülşən RAUFQIZI