Modern.az

““Üzən məzənnə”nin ləğvini proqnozlaşdırmaq mümkün deyil” - RƏSMİ

““Üzən məzənnə”nin ləğvini proqnozlaşdırmaq mümkün deyil”  - RƏSMİ

İqtisadiyyat

9 Mart 2016, 15:44

Azərbaycan Mərkəzi Bankının (AMB)manatla bağlı  2015-ci il dekabrın 21-dən tətbiq etdiyi “üzən məzənnə” rejimindən imtina edəcəyi barədə informasiyalar yayılıb. Yayılan informasiyalarda dolların məzənnəsinin 2 manatadək bahalaşacağı və yalnız ondan sonra bu sahədə sabitlik yaranacağı iddia olunur.

Mərkəzi Bankın mətbuat xidmətindən isə bu informasiyaların hansısa jurnalist təxəyüllünün məhsulu olduğu bildirilib:

“Hazırda Mərkəzi Bankda “üzən məzənnə” sisteminin ləğv edilməsi ilə bağlı qərar yoxdur. Gələcəkdə olacağını isə indidən proqnozlaşdırmaq mümkün deyil”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...