Modern.az

Neftin qiyməti bir qədər də bahalaşıb

Neftin qiyməti bir qədər də bahalaşıb

9 Mart 2016, 21:31

 

Dünya bazarlarında neftin qiyməti, ABŞ-ın neft və neft məhsullarının ehtiyatı haqda məlumatların dərc olunmasından sonra yenidən artmağa başlayıb. Modern.az saytı xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 3,05% bahalaşaraq bir barelə görə 40,86 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının son gedişində WTI neftinin qiyməti 1 barelə görə 3,59% artaraq 37,81 dollar olub. Qiymətlərin bahalaşması ABŞ-da benzin və digər yanacaqların ehtiyatının kəskin azalması ilə əlaqələndirilir.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...