Martın 10-da Azərbaycanı builki “Eurovision” mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin iclası keçirilib.
Bu haqda Modern.az saytına İTV-nin ictimiayyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, toplantıda ölkəmizi “Eurovison” mahnı müsabiqəsində bu il təmsil edəcək iştirakçının adı müəyyənləşib:
“Bu Səmra Rəhimlidir. O, mahnı müsabiqəsində “Miracle” mahnısını ifa edəcək”. Qeyd edək ki, bu ilki mahnı müsabiqəsi sayca 61-cidir.
Gülşən RAUFQIZI