Modern.az

Seçmək və seçilmək

Seçmək və seçilmək

İqtisadiyyat

11 Mart 2016, 16:10

(1-ci hissə)

Cəsarət Hüseynzadə,
E-vətəndaş cəmiyyəti saytının rəhbəri,
"Şəmsi Əsədullayev" xeyriyyə ictimai birliyinin icraçı direktoru

Tanrının bizə verdiyi bu ömür, bəlkə də bizə münasibətdə ilahi qüvvənin bir seçimidir. İnsan üçün də seçmək və seçilmək bir ali hiss və münasibətdir. Həyatımız boyu ən yaxşıları seçməyə və onları qiymətləndirməyə çalışmışıq. Bəzən bu seçimləri kimin və nəyin xətrinə etdiyimiz anar da olub. Amma ürəkdə gələn seçim, haqq edənin haqqını vermək bir başqa həyacan və özünə güvənin təcəssümüdür.

İnsan fərd olaraq önə çıxmaq, digərlərindən seçilmək arzusunda həmişə olur. Hər birimiz bir addım öndə olmaq istəyirik. Bu seçilmək də cəmiyyətin ehtiyac meyarı ilə üst-üstə düşdükdə, çox gözəl komanda formalaşır. Demək seçilmək üçün də təmsil etdiyin zümrənin haqqını qazanmaq lazımdır.

Müstəqilliyimizin bərpası ilə meydana gələn vətəndaş cəmiyyəti və onların liderləri özləri öyrənə-öyrənə bu institutun formalaşdırlması istiqamətində çox çətin şəraitdə fəaliyyət göstərdilər. İllər ötdükcə onların sıralarında ələnənlər də oldu, kimlərsə siyasi müxalifəti, digərləri xarici kəşfiyyat orqanların maraqlarını təmsil etməyi üstün tutdu.  Amma xeyli sayda III sektor nümayəndəsi milli maraqların təmin olunması, ölkədə vətəndaş cəmiyyətinin iştirakı ilə ayrı-ayrı sahədə davamlı inkişafın təmin olunması, dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığının  yaranması və inkişaf etdirməsi istiqamətində yol qət etdi.

Etiraf etmək lazımdır ki, bu yol o qədər də asan və bu gün göründüyü  qədər də rahat olmadı.

Bəli ölkə başçısı ictimai birlikləri əməkdaşlığa dəvət edir, onların potensialından istifadə etməyi tövsiyə edirdi. Amma digər tərəfdə hələdə köhnə sistemin qayda-qanunlarından qurtulmayan məmur ordusu var idi ki, QHT-ləri özlərinə müxalif görürdü.

Artıq bu zaman kəsiyi arxada qaldı. İndi artıq hər hansı tədbirdə dövlət nümayəndələrini görməyəndə, tədbirin aşağı səviyyədə təşkil olunmasın düşünürük.

Bəzilərimiz ilk əvvəllər dövlət qurumları ilə əməkdaşlıq etməkdə tərəddüd də etdiyimiz vaxtlar da olub və bəlkə  də indi də kimlərsə bunu tənqid edir.

VCT-lərin ən işlək mexanizmlərinin olduğu ABŞ, Böyük Britaniya, Niderland, Norveç, Kanada kimi ölkələrdə olan dövlət - QHT-lərin münasibətləri hansı səviyyədədir? Bu sahə az-çox fəaliyyət göstərən hər bir insan bilir ki, həmin ölkələrin daxilində fəaliyyət göstərən QHT-lər məhz dövlətin sifarişi - yəni müsabiqələr yolu ilə davamlı inkişaf, hüquqların təminatı və sosial yönümlü fəaliyyətlər həyata keçirirlər.

Xarici ölkələr ilə bağlı fəaliyyətdə olan QHT-lər isə sosial, humanitar və insan hüquqlarının təminatı pərdəsi altında  heç şübhəsiz dövlət maraqları və siyasəti çərçivəsində fəaliyyət göstərirlər.

(ardı var)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...