Modern.az

İstanbul birjasında anonim investor HƏYƏCANI

İstanbul birjasında anonim investor HƏYƏCANI

11 Mart 2016, 16:57

İstanbul fond birjasının iştirakçıları son vaxtlar anonim investorun maliyyə bazarındakı aktivliyindən narahatdır.

Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, naməlum oyunçu bazarda yeni-yeni broker şirkətləri yaradır və böyük maliyyə olduğu üçün birjanın səhmlərini istədiyi səmtə yönəldə bilir.

Məlumata görə Yatırım Finansman şirkəti əvvəllər İstanbul birjasındakı sövdələşmələrin yalnız 2%-ni bağlayırdısa, bu gün onun payı 30 dəfədən çox artıb.  

Təkcə 22 fevralda şirkət 167 milyon dollar dəyərində səhm alaraq birjanın 2-ci ən böyük oyunçusu Merill Lynch-i 15 dəfə qabaqlayıb.  

Ümumilikdə isə, yanvar və fevral aylarında Yatırım Finansman 1,23 milyards lirə (427 milyon dollar) dəyərində səhm alıb.   Fond birjasının iştirakçıları şirkətin anonim sahibinin birjanı istənilən istiqamətə apara bildiyini və maliyyə imkanlarının tükənməz olduğunu deyiblər.    

Vüqar İsmayılov

 
Sizə yeni x var
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...