Dekabrın 17-də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasına (ARGTMŞ) üzv olan qurumların nümayəndələri ilə Konstitusiya Məhkəməsinin hakimlərinin görüşü keçirilib. Görüşdə ARGTMŞ-nın katibliyi, Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi, Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı, Azərbaycan Gənc Alim Aspirantlar və Magistrlər Cəmiyyəti, Azərbaycan Gənc Hüquqşunaslar Birliyi, Azərbaycan Sağlam İnkişaf və Marifləndirmə İctimai Birliyi, Azərbaycan Vətən Müharibəsi Vetranları İctimai Birliyi, Bizim Gənclik, Bakı Gənclər Klubu, Gənclər üçün Təhsil Mərkəzi, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi, “Sülh Mədəniyyəti Naminə Gənclər” İctimai Birliyi, “Sağlam Düşüncə” Gənclər Təşkilatı, Demokratik İslahatçı Gənclər İctimai Birliyi, Azərbaycan Gənclərin Avropaya İnteqrasiyası İctimai Birliyi, Gənc İstedadlara Dəstək Fondu, “Təkan” Tələbə Gənclər İctimai Birliyi, “Nur” Uşaq və Gənclərin İctimai Birliyi, Qaçqın və Məcburu Köçkün Gənclər Təşkilatı, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi İctimi Birliyinin nümayəndələri iştrak edib.
Gənclərin görüşünə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, hakimlərdən Rafael Qvaladze, Ceyhun Qaracayev, KM-nin Aparat rəhbəri Rauf Quliyev, Aparat rəhbərinin müavini Şahin Rüstəmov, Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdri Anar Cəfərov, Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdir müavini Anar Babayev gəlib.
Konsitutsiya Məhkəməsinin sədri Fərhad Abdullayev bu məhkəmə orqanı haqqında gənclərə ümumi məlumat verib.
Daha sonra çıxış edən ARGTMŞ-nın sədri, Milli Məclisin deputatı Fuad Muradov bildirib ki, dövlət qurumlarının nümayəndələri ilə belə görüşlərin keçirilməsində məqsədi gənclərin maarifləndirilməsidir.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev təklif edib ki, görüş sual-cavab, diskussiya şəklində davam etdirilsin.
Gənclər hakimlərə onları maraqlandıran suallar veriblər və təkliflər irəli sürüblər. Başlıca təkliflərdən biri ondan ibarət olub ki, Konstitusiya hüququ təkcə Hüquq fakültəsində deyil, digər fakültələrdə də tədris olunsun. Bu isə tələbələrin hansı ixtisasa yələnməsindən asılı olmayaraq onların hüquqi cəhətdən savadlanmasına kömək edə bilər.
Sonda ARGTMŞ ilə Konstitusiya Məhkəməsi arasında razılıq əldə olunub. Belə ki, 2011-ci ildən etibarən ARGTMŞ ilə Konstitusiya Məhkəməsi insanların hüquqi maariflənməsi ilə bağlı bölgələrdə treniqlərə və maariflənmə işinə start verəcək.
Mail Ağaxanov