Modern.az

“Binə” və “Sədərək”də qıtlıq, Gömrük Komitəsi isə...

“Binə” və “Sədərək”də qıtlıq, Gömrük Komitəsi isə...

14 Mart 2016, 12:10

“Binə” və “Sədərək” Ticarət mərkəzləri bir neçə aydır ki, xaricdən yeni məhsullar ala bilmir. Modern.az-ın əldə etdiyi məlumata görə, sahibkarlar gömrük rüsumunu verib mallarını Azərbaycana keçirmək istəsələr də, əngəllərlə rastlaşırlar. Onlar bildiriblər ki, bazara gətirmək istədikləri geyim məhsulları gömrükə ləngildilir. Məhz bunun nəticəsdiri ki, hər iki ticarət mərkəzində yeni məhsullara rast gəlinmir. Hətta illər öncədən anbarlarda saxlanılan geyim əşyaları indi satışa çıxarılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri Natiq Axundov isə Modern.az-a açıqlamasında bu faktları inkar edib. O deyib ki, hansısa sahibkarın məhsulunun gömrükdən buraxılmaması informasiyası həqiqəti əks etdirmir.

“Konkret fakt göstərilsin və araşdıraq ki, səbəb nədir, gömrük işçilərinin günahıdır, yoxsa sahibkarın. Gömrük rüsumu  Nazirlər Kabinetinin qərarı ilə qeyd olunan məbləğdir. Maksimal gömrük rüsumu 15 faizdir, 18 faiz Əlavə Dəyər Vergisi verilir ki, bu hardasa 35,7 faizə gəlib çıxır. 0,3 faizi əməliyyat haqqıdır, ümumilikdə 36 faiz edir.

Bu tənzimlənən məsələdir, yəni bizlik deyil. Əgər hər hansı sahibkarın ölkəyə idxal etdiyi malın bütün sənədləri qaydasındadırsa, heç bir problem ola bilməz. Sadəcə, bəlkə hansısa sənədlərdə problem olub və sahibkarın malı buraxılmayıb. Amma əgər gömrük işçiləri xüsusi maneə və əngəl yaradırsa, bizə deyilsin, araşdıraq”, - deyə mətbuat xidmətinin rəisi vurğulayıb.

Aytən ZƏHRA 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal