Modern.az

FHN-nin Akademiyası kursant qəbulu elan etdi

FHN-nin Akademiyası kursant qəbulu elan etdi

Təhsil

14 Mart 2016, 13:04


Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası 2016/2017-ci tədris ili üçün kursant qəbulu elan edib.

Modern.az xəbər verir ki, Fövqəladə  Hallar  Nazirliyinin  Akademiyasında  “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” və “Yanğın təhlükəsizliyi mühəndisliyi”  ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

Akademiyaya qəbul olmaq istəyən namizədlər tam orta təhsilli və ya orta məktəbin buraxılış sinfində oxuyan, 16 yaşından yuxarı, yaxud  müddətli həqiqi hərbi xidmət keçmiş və ehtiyatda olan 23 yaşınadək Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.

Fövqəladə Hallar Nazirliyində sınaq və yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanlarında iştirak edirlər.

Qəbul imtahanı  I  ixtisas qrupuna daxil olan fənlər üzrə Azərbaycan və rus dillərində keçirilir.

Akademiyaya qəbul olan şəxslər təhsil müddətində yemək, xüsusi geyim forması  və  yataqxana  ilə  təmin  olunur, təqaüd  alırlar.

Akademiyada müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalar, ixtisaslaşdırılmış auditoriyalar, xüsusi fənn kabinetləri kursantların istifadəsindədir.

Sənədlər aprel ayının 1-dən 30-dək (istirahət və bayram günləri istisna olmaqla) saat 1000-dan 1700-dək Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: Bakı şəhəri, Hövsan qəsəbəsi Elman Qasımov küçəsi, 8) qəbul edilir.
Daha  ətraflı  məlumatı  Fövqəladə Hallar Nazirliyinin və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının  rəsmi internet saytlarında yerləşdirlib.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi