Hüquq-mühafizə orqanları tərəfindən 2015-ci il üzrə narkotiklərlə bağlı cəmi 3187 fakt aşkar edilib. Bunlardan 916-sı narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 2062-si narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 193-ü narkotik xassəli bitkiləri kultivasiya etmə, 16-sı isə digərlər səbəblərlə bağlı olub.
Modern.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövryyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının hazırladığı “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2015-ci il üçün məruzə”ə qeyd edilib.
Bildirilib ki, ötən il cinayət məsuliyyətinə 2587 nəfər cəlb olunub ki, onlardan 7 nəfəri 18 yaşadək, 565 nəfəri 30 yaşadək, 2015 nəfəri 30 yaşdan yuxarı, 18 nəfəri fəhlə, 7 nəfəri qulluqçu və ya maddi məsul şəxs, 2 nəfəri nəqliyyat işçisi, 2 nəfəri orta məktəb şagirdi, 2261 nəfəri işləməyənlər, 2535 nəfəri kişilər, 52 nəfəri isə qadındır.
Məsuliyyətə cəlb olunmuş 57 nəfər xarici ölkə vətəndaşlarından 65 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Əcnəbilərin 31 nəfəri İran İslam Respublikası, 20 nəfəri Gürcüstan, 2 nəfəri Türkiyə, 2 nəfəri Ukrayna, 1 nəfəri Rusiya Fedarasiyası, 1 nəfəri Türkmənistan vətəndaşı olub.
2015-ci il ərzində 2017 nəfər narkotik istifadəçisi qeydə alınıb ki, xəstələrin ümumi sayı 28555 nəfərə çatıb.
Narkotik istifadəçisi olan xəstələrdən 23153-ü dispanser, 5402-i profilaktik, 583-ü anonim qeydiyyatda olanlardır.
İstifadəçilər arasında 18 yaşa qədər 7 nəfər, 592-i qadın, 1432-i dispanser, 585-i profilaktik, 158 nəfəri isə toksikomanlar olub. 2015-ci ildə qeydiyyatdan çıxanların ümumi sayı 2118 (1331-i dispanser, 787- i profilaktik) nəfərdir. İnyeksion narkotik istifadəçilərinin sayı 20036 nəfər təşkil edir. Onlardan 437 nəfəri qadındır.
Hesabatda qeyd edilib ki, 2015-ci il ərzində 14 yaşda 1 nəfər, 15-17 yaş arası 6 nəfər, 18-24 yaş arası 1349nəfər, 30-34 yaş arası 3953 nəfər, 35-39 yaş arası 4310 nəfər, 40-44 yaş arası 3563 nəfər, 45-49 yaş arası 3167nəfər, 50-54 yaş arası 2657 nəfər, 55-59 yaş arası 2375nəfər, 60-64 yaş arası 2077nəfər, 65 yaş və yuxarı 1209 nəfər narkotik istufadəçisi qeydə alınıb.
Aytən ZƏHRA