Ötən gecə Amerikanın Şimali Karolina, Florida, Ohayo, İllinoys və Missuri ştatlarında Respublikaçılar və Demokratlar partiyalarından prezidentliyə namizədlər növbəti dəfə praymerizə çıxdılar.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Respublikaçılar Partiyasının namizədi Donald Tramp 4 ştatda partiyadaşlarının dəstəyini qazanıb. Milyarder yalınz Ohayo ştatında rəqibi Con Keysikə məğlub olub.
Doğma Florida ştatında Donlad Trampa məğlub olan senator Marko Rubio isə artıq namizədliyini geri götürdüyünü elan edib.
Hazırda Respublikaçılar arasında mübarizəni Donlad Tramp, Ted Kruz və Con Keysik davam etdirir.
Demokratlar Partiyasında isə praymeriz Hillari Klintonun üstünlüyünü göstərib. Rəqibi Berni Sandersi 5 ştatdan 4-də məğlub edən Klinton yalnız Missuri ştatında sosialist partiyadaşına məğlub olub.
Prezidentlik yarışında əsas favoritlər Respublikaçı Donald Tramp və Demokrat Hillari Klinton olub.
Lakin onların namizədliyi haqfda yekun qərar partiyalarının iyulda keçirəcəkləri qurultayda veriləcək.
Vüqar İsmayılov