Modern.az

Məşhur şairin dissident oğlu öldü

Məşhur şairin dissident oğlu öldü

16 Mart 2016, 14:45


ABŞ-da məşhur şair Sergey Yeseninin oğlu, sovet dissidenti, şair və riyaziyyatçı Aleksandr Yesenin-Volpin 91 yaşında vəfat edib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, Yesenin-Volpin SSRİ-də insan hüquqları hərəkatının liderlərindən biri olub.

Onu dəfələrlə SSRİ əleyhinə fəaliyyətinə görə əsəb xəstəxanasına yerləşdiriblər. Məşhur şairin oğlu sovet hakimiyyətinin növbəti məcburi müalicəyə cəhdindən sonra ölkəni tərk edib.

Dissidentin anası tərcüməçi və şairə Ndejda Voplindir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI