Gənc Liderlər» Uşaq və Gənclər Təşkilatı(UGT) 2010-cu ilin yekunlarına həsr olunmuş tədbir keçirəcək. Bu barədə Modern.az-a məlumat verən təşkilatın sədri Fərid Şahbazlının sözlərinə görə, tədbirdə təşkilat ilə yekun vurmaqla yanaşı, 2010-cu ildə gənclər sahəsində aktiv fəaliyyət göstərən şəxs və qurumları «Gənclərin Dostu» mükafatı ilə təltif edəcək:
«Biz həmişə o düşüncədə olmuşuq ki, cəmiyyətin inkişafında rolu olan hər kəsin fəaliyyəti mütləq qiymətləndirilməlidir. Bu prinsipdən çıxış edərək, hər il olduğu kimi, bu il də gənclər sektorunda fəallıq göstərən şəxs və qurumları mükafatlandıracağıq. Yaxşıların sayı çox olduğu üçün nominantlarımızın da sayı kifayət qədərdir. Onların arasında millət vəkilləri, dövlət təşkilatları, icra hakimiyyətləri, təhsil müəssisələri və media qurumları var. «Gənclərin Dostu» adına layiq görülənlərin adı gələn həftə cəmiyyətə elan olunacaq».