Modern.az

“MDB-də satılan bəzi malların üzərində Xocalı Ermənistan ərazisi kimi göstərilir”

“MDB-də satılan bəzi malların üzərində Xocalı Ermənistan ərazisi kimi göstərilir”

17 Mart 2016, 17:27



Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən aparılan araşdırmalar nəticəsində ölkəmizin milli mətbəxinə aid olan bəzi qida məhsullarının Müstəqil Dövlət Birliyi ölkələrinin ticarət şəbəkələrində ticari adı və istehsal yeri haqqında məlumatların təhrif olunaraq müvafiq idxalatçılar tərəfindən satışa buraxılması halları müəyyən edilib.

Bu barədə Modern.az-a Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ölkəmizin milli mətbəxinə xas olan “Tut doşabı” və s. qida məhsullarının, üzərindəki ticarət nişanlarında Ermənistan brendi olduğu, üstəlik istehsal  edildiyi  tarixi Azərbaycan torpaqları - Xankəndi şəhəri, Xocalı rayonu Ermənistan ərazisi kimi  göstərilməklə satışa təqdim olunur.

Beynəlxalq hüquq və ticarət qaydalarının kobud şəkildə pozulması hallarını müəyyənləşdirən Dövlət Gömrük Komitəsi qeyri-qanuni əməllərin  qarşısının alınması və həmin malların idxalına yol verilməməsi məqsədilə aidiyyəti qurumların qarşısında məsələ qaldırıb.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal