Rusiyanın ən böyük qaz şirkəti olan “Qazprom” “Türx Axını” qaz kəmərinin reallaşdırılmasından vaz keçmədiyini bildirib.
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, şirkətin idarə heyətinin üzvü Oleq Aksyutin Rusiya-Türkiyə münasibətlərinin normallaşmasından sonra layihə yenidən gündəmə gələcəyini bildirib.“Türk Axını”nın reallaşdırılması müddəti Rusiya-Türkiyə münasibətlərinin nizamlanması və ölkələrarası sənədlərin imzalanmasıından sonra qüvvəyə minəcək”.
Aksyutinin sözlərinə görə “Türk Axını” “Qazprom”un Avropa bazarında nüfuzunu möhkəmləndirəcək və tranzit risklərini azaldacaq.
Vüqar İsmayılov