Modern.az

Azərbaycanda muzeylərlə bağlı yeni sayt yaradılıb

Azərbaycanda muzeylərlə bağlı yeni sayt yaradılıb

Qarabağ

20 Dekabr 2010, 19:33

“Söz azadlığı müdafiə fondun”da işğal altında olan rayonların tarix-diyarşünaslıq muzeylərinin direktorları ilə görüş keçirilib. Görüşü açan fondun sədri, tanınmış şair Musa Yaqub fondun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsi barədə tədbir iştirakçılarına məlumat verib və üç ay ərzində  layihə iştirakçılarının gördüyü işlərdən danışıb.
Görüşdə daha sonra çıxış edən fondun icraçı direktoru Vüqar Tofiqli layihənin  məqsədi kimi  respublika üzrə virtual diyarşünaslıq muzeylər şəbəkəsini yaratmaq olduğunu  bidirib. Əlaqəli məlumat bazasının yaradılmasının əhəmiyyətindən danışan layihə direktoru çıxışında bildirib ki, yaradılan resurs vasitəsi ilə ilk olaraq Azərbaycanın işğal altında olan maddi-mədəni irsi haqqında məlumatlar geniş ictimaiyyətə çatdırılacaq. Layihə çərçivəsində  rayonların mədəniyyət şöbəsinin müdirlərinin və muzey direktorları ilə görüşlərdən sonra 300-dən artıq eksponatın fotosurətləri  fonda təqdim edilib. Artıq fondun imkanları hesabına istifadəyə verilən www.diyarshunasliq.az  saytında əldə olan məlumatlar yerləşdirilib. 2011-ci ilin yanvar ayında təqdimatı keçiriləcək saytın üzərində işlər hələ davam etdirilir.

Görüşdə Cəbrayıl Tarix-Diyarşünaslıq muzeyinin direktoru Taryel Abbaslı fondun həyata keçirdiyi layihəni təqdirəlayiq hal hesab edərək,  muzeylərin bu güngü fəaliyyətinin qənaətbəxş olmamasını, habelə muzey əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması ilə baglı addımların atılmasının vacibliyini vurğulayıb.

Görüşün sonunda görüş iştirakçıları  www.diyarshunasliq.az saytına baxış keçirib, öz təklif və tövsiyyələrinin layihə iştirakçıların bildiriblər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama