Modern.az

Şeytanlar...

Şeytanlar...

20 Mart 2016, 09:14

(Türkiyə üçün)

Əlimdə Dostoyevskinin seçilmiş əsərlərindən "Şeytanlar"ı oxuyuram. Etiraf edim çox cansıxıcı gəlir. Bəlkə mənim ruhuma görə bir əsər deyil, elə ona üçün də bir neçə dəfə oxumaq istəsəm də, vaz keçmişdim. Yoruluram, dinlənmək üçün TV kanallarını uzaqdan idarərtməylə hərəkətləndirirəm və yenə terror xəbəri…

Ankaradakı terrorun acısını içimizdən atmamış 4 ildi doğmalaşdığım İstanbulun mərkəzində, Taksimdə partlama xəbərindən diksinirəm. "Şeytanlar" dizlərimin üzərindən sürüşüb yerə düşür. İçimizdəki şeytanlarla savaş verirkən Dostoyevski nə qədər sönük qaldı...

Qışqırıqlar, patlama, yerdəki tozları göy üzünə suvurur... Gərgin və duyğusalam. İçimdəki öfkənin yanlış sözə tökülməsini istəmirəm. Amma bir saat içindəki qorxum və həyəcanım yəqin ki, ömrümdən ömür aldı. Yaxınlarımın sağ-salamat olduqlarını duymaq üçün neçə həyəcan keçirdiyimi ifadə etmək çətindi. Amma o terrorun qurbanları, ailəmizdən olmasa belə, qanımızdan, canımızdan  deyillərmi?

Analar gözü yaşlı qalmadımı?


Terror! Bunu duyan hər ananın ürəyi yanır. İnsanların qardaşca  yaşaması gərəkərkən, gənçlik terror üzündən həyatlarından olur. İnsanların bu qədər qəddar olduğu bu dünyada hər gün qorxu içində yaşamaq çox zordu. Qardaşca yaşamaq varkən, cahil insanların beynini oyub,  dağa çıxardır, “canlı bomba” yaradır, öz  millətinə və ya millətlərə düşmən biri  halina gətirirlər. Gənc oğlanlar və ya qızlar həyatlarını “canlı bomba” olaraq sonlandırırlar.

Onlar bu dünyaya “bomba” olaraq doğulmayıb. Amma beyinlərini və ruhlarını şeytana satdıqları üçün leş olaraq gedirlər. Qandırılan bu gənçlik, bu insanlar, həm öz hayatlarını yox edir, həm də məsum insanların hayatlarını sonlandırır. Kimdi onlar?.. Niyə getdilər, könüllü olaraq ruhlarını təslim  etdilər? Kim, harda, necə məhv etdi onları, bunun kökünü tapmadan terrorun kökünü kəsməyəcksiniz...
 
Artıq terror xəbəriylə yoğrulan bu toplumda yaşamaq istəmirik. Terror nədən alışqanlıq olsun? Terror nədən adiləşsin? Hər sabah evdən çıxan yaxınlarımıza avtobus dayanacağındamı partlayacaq, metrodamı, yoldan keçərkənmi bir “canlı bomba”yla rastlaşacaq əndişəsiylə baxırıq. Nə qədər sürəcək biımirəm, amma bu bahar bizim çiçəklərimiz açmadı, bu yaz biz terror qorxusundan bayram qoxusunu hiss ermədik.

Bu sabah yenə oyandık, dünən cismən qurban getməmişik, sağıq. Yorğun keçən bir günün ardından doğan Günəş içimizi isitmir. Yorğun, bitkin vətəndaş yeni bir günə necə gözəl başlasın? Ya da her şeyə qarşı necə xoşgörülü olub, çevrəyə pozitiv baxsın? 

...Yenə terror lənətlənir, yenə söz savaşı. Lütfən, bir-birinizə laf göndərməyi buraxın, bir-birinizlə davanı bitirin. Sizin davanız davam edərsə, bu ölkədə terror bitməz. Artıq terrorun dini, dili, irqi rəngi və ağlınıza gələn hər şeyi var. O üzdən bu laflarla özünüzü aldatmayın.  Lütfən, “canlı bomba”yla yaşamağa alışdırmayın bizi.... terrora və şeytana lənət oxumaq yetməz! Lütfən, o şeytanın özün tapın...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir