Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. Modern.az saytı xəbər verir ki, İCE London birjasında Brent markalı neft 0,5 faiz bahalaşaraq barelli 41,41 dollara çatıb.
WTI markalı neftin my fyuçersi isə 0,36 faiz bahalaşaraq barelli 41,29 dollardan satılıb.
Bu arada OPEK-in Baş katibi Abdulla Səlim əl-Bədri də bildirib ki, neftin qiyməti artacaq: “Neftin qiyməti "normal" səviyyəyə çatacaq. Neftin qiymətinin artmasına baxmayaraq, o yüksək səviyyəyə çatmayacaq”.
Modern.az