Modern.az

QHT-lərə Dövlət Dəstəyi Şurasından daha bir tədbir

QHT-lərə Dövlət Dəstəyi Şurasından daha bir tədbir

Qarabağ

21 Dekabr 2010, 15:28

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu ildə keçirdiyi maliyyə müsabiqələrində Dağlıq Qarabağ münaqişəsilə bağlı mövzulara xüsusi önəm verib. Şura tərəfindən maliyyələşdirilmiş bu layihələrin məqsədi Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarının 20 faizi işğal edilmiş, 1 milyondan artıq əhalisi qaçqın və məcburi köçkünə çevrilmiş Azərbaycanın Dağlıq Qarabağ münaqişəsilə bağlı haqlı mövqeyinin beynəlxalq aləmə çatdırılması, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım faktlarının sübut olunması, işğal altında olan ərazilərimizdə təbiət və maddi-mədəniyyət abidələrinin ermənilər tərəfindən vəhşicəsinə dağıdılmasının dayandırılması üçün dövlətimizin apardığı genişmiqyaslı işlərə vətəndaş cəmiyyətinin dəstəyini təmin etməkdir.

Şura 2010-cu ildə Qarabağ mövzusunda maliyyələşdirdiyi layihələrin nəticələrinə həsr olunmuş müzakirə keçirəcək. Qurumdan bildirilib ki, dekabrın 22-də keçiriləcək müzakirədə Şura rəhbərliyi, təşkilat və layihə rəhbərləri, ekspert və mütəxəssislər iştirak edəcəklər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama