Modern.az

Parlament Jurnalistləri Birliyindən səs-küyli bir layihə: “Deputat poçtu” gəlir....

Parlament Jurnalistləri Birliyindən səs-küyli bir layihə: “Deputat poçtu” gəlir....

Qarabağ

21 Dekabr 2010, 15:54

Seçicilər deputatlarına istədikləri sualı ünvanlaya biləcəklər


Parlament Jurnalistləri Birliyi (PJB) gələn ildən etibarən “Deputat poçtu” adlı layihə həyata keçirməyə başlayacaq. Layihənin məqsədi millət vəkilləri ilə onların seçiciləri arasında körpü yaratmaq, seçicilərin problemlərini, fikirlərini və mövqeylərini deputata çatdırmaqdır. Layihə çərçivəsində vətəndaşlar səs verib seçdikləri deputatlara sual, təklif, müraciət ünvanlaya biləcəklər.

Layihənin informasiya dəstəyi Modern.az saytı olacaq.

PJB-nin sədri Elşad Eyvazlı bildirib ki, seçicilər deputata çatdırmaq istədikləri sualları Modern.az saytına göndərəcəklər, sonra bütün suallar ayrı-ayrı seçki dairələri üzrə toplanacaq və  hər dairənin öz millət vəkilinə təqdim ediləcək. Deputatın bu suallara cavabı və mövqeyi də  Modern.az saytında işıqlandırılacaq.

Vətəndaşlar saytda yerləşdirilmiş e-mail poçtuna onları narahat edən bütün məsələlər barədə yaza biləcəklər. Bu zaman seçicilər adlarını və ünvanlarını, əlaqə telefonlarını düzgün qeyd etməlidirlər. Anonim, təxəllüslə, ünvansız və digər formada göndərilən məktublara yəqin ki, cavab verilməyəcək və “Deputat poçtu”ndan çıxarılacaq.

Vətəndaşlar onları narahat edən məsələlər barədə sualları layihə Modern.az-da elan edildikdən sonra göndərməlidirlər.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama