Modern.az

ABŞ-la Meksika arasına narkotik tuneli aşkarlandı

ABŞ-la Meksika arasına narkotik tuneli aşkarlandı

24 Mart 2016, 13:29

Amerikalı polislər ABŞ-ın Mekiska ilə sərhədində 380 metr uzunluğunda tunel aşkarlayıblar.

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, yeraltı keçid ABŞ-ın Kaliforniya ştatının Kaleksiko şəhərindən başlayıb Meksikadakı Mexikalı restoranına qədər uzanırmış.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, tuneldən bu il fevral ayının sonlarında istifadə edilməyə başlanılıb. Axtarış zamanı 612 kiloqrama yaxın narkotik müsadirə edilib. onun dəyəri 6 milyon dollardır.  

Xüsusi əməliyyat zamanı polis əməkdaşları iki kişini - Coel Duarte Medina və Manuel Qaleqos Ximinesi evdə yaxalayıblar.

Sonradan Arizonada bu cinayətdə şübhəli bilinən iki qadın – Marsiya Manuela Duarte Medina və onun anası Eva Duarte Medina da saxlanılıb. Dörd nəfərin hamısı həbs edilib.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər