Katoliklərin ruhani lideri Papa Fransesco İsa Peyğəmbərin çarmıxa çəkilməsi və “Golgotha Qayası”nda öldürülməsinin anım mərasimi olan Müqəddəs Cümə səbəbiylə Xaç Yolu ayinində iştirak edib.
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Papa mərasimdə çıxış edərkən daha yaxşı bir həyat üçün Avropaya köç edərkən dənizdə ölən qaçqınlardan danışıb, “Ege və Aralıq dənizi doyumsuz bir qəbiristanlığa çevrilib” deyib.Papa Françesko Hz. İsanın dirildiyi gün olduğuna inanılan “Pasxa Yortusu”ndan əvvəlki Müqəddəs Cümə daxilində, Əziz Peter Bazilikasındaki “Tanrının Ehtirası” deyə xatırlanan mərasimi gerçəkləşdirib.
Sunakta olan bir xaçın qarşısında üzüstə yataraq səcdə edən Papa, bir müddət bu şəkildə dua edib. Terrorçuları da hədəfinə alan Papa, "Onlar günahsız qardaşlarımızın qanlarıyla bəslənib, öz uşaqlarına da qanlı çörək yedizdirirlər” deyib.
Katolik Kilsəsindəki pedofil rahib skandallarına da toxunan Fransesco onları "sədaqətsiz" adlandırıb. Onları yersiz əməllərdən təmizlənmək əvəzinə, günahsızların şərəflərini kirlətməkdə günahlandrıb.