Modern.az

Əmlak Komitəsi bu maşınları ucuz qiymətə satışa çıxarır

Əmlak Komitəsi bu maşınları ucuz qiymətə satışa çıxarır

28 Mart 2016, 13:13


Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) sabah hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb. 

Modern.az saytı Komitənin rəsmi saytına istinadən xəbər verir ki, 29 martda təşkil ediləcək hərraca ümumilikdə 9 avtomobil çıxarılacaq.

İstehsal tarixinə görə geri qalan 1999-cu il istehsalı olan “ZİL-5301 AO” 1178 manatdan başlayan qiymətlə təklif ediləcək.

2001-ci ildə buraxılan “Nissan Maxima”nın start qiyməti 2983 manatdır.

2005-ci il istehsalı olan “QAZ-31105-120”  və “Tofaş Şahin”in start qiymətləri müvafiq olaraq 2097 və 1998 manat olacaq.

2006-cı il istehsalı olan “Nissan Maxima” 4838 manata, “VAZ-21043” 2097 manatdan başlayan qiymətlərlə alıcılara təklif ediləcək. 

2007-ci ildə buraxılan “Fiat Doblo”  ilkin olaraq 3630 manata, elə həmin ilin istehsalı olan “QAZ-31105” isə 1980 manata hərracda iştirak edəcək.

Hərracda iştirak edəcək ən bahalı avtomobil 2013-cü il istehsalı olan və  start qiyməti  20 627 manatdan başlayan “Toyota Corolla”dır.

1.

Nissan Maxima

2006

4838

484

 

2.

QAZ-31105-120

2005

1541

154

 

3.

VAZ-21043

2006

2097

210

 

4.

Fiat Doblo

2007

3630

363

 

5.

QAZ-31105

2007

1980

198

 

6.

Tofaş Şahin

2005

1998

200

 

7.

Nissan Maxima

2001

2983

298

 

8.

ZİL-5301 AO

1999

1178

118

 

9.

Toyota Corolla

2013

20627

2063

 

Hərraclar ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcək (Zeynal Xəlil küçəsi 11). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal