Modern.az

QHT sədri korrupsiyadan danışacaq

QHT sədri korrupsiyadan danışacaq

Qarabağ

22 Dekabr 2010, 14:13

“Demokratik İslahatçı Gənclər” İctimai Birliyi “Gənclərin  Global Antikorrupsiya Şəbəkəsinə” (GYAC) tam hüquqlu üzv qəbul olunub.  Birliyin sədri Vüsalə Hüseynovanın verdiyi məlumata görə, bu il beynəlxalq əlaqələrin genişlənməsi ilə bağlı rəhbərlik edtiyi təşkilatın bir çox uğurları olub ki, bu da onlardan birirdir:
“Korrupsiya ilə mübarizə aparan ən aktiv qüvvə gənclər olduğundan biz istədik ki, Azərbaycan gənclərinin mübarizə metodlarının beynəlxalq səviyyədə görünməsi üçün beynəlxalq gənclər şəbəkəsində təmsil olunaq. Eyni zamanda, bu istiqamətdə başqa dövlətlərin təcrübəsindən də yaralanaq. Doğrudur, bu gün Azərbaycan dövləti korrupsiya ilə mübarizə sahəsində ciddi addimlar atmışdır.  Buna nümunə kimi son dövrlər qəbul olmunmuş sənədlər və təkminləşdirilmiş qanunvericilik bazasını göstərmək olar. Lakin nəzərə alsaq ki, gənclər bu işdə daha aktivdirlər, deməli verə biləcəkləri  fayda da genişmiqyaslı olacaqdır”.

V.Hüseynovanın  sözlərinə görə, 2011-ci ilin 27-29 apreldə Kenyada keçirilməsi planlaşdırılan  “Gənclərin  Global Antikorrupsiya Şəbəkəsi” (GYAC) nin II Forumunda Azərbaycan gənclərinin korrupsiya ilə mübarizə metodları barədə məruzə ilə çıxış edəcək.

Xatırladaq ki, Dünya Bankının dəstəyi ilə fəaliyyət göstərən şəbəkənin birinci Forumu Brusseldə baş tutub. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama