Modern.az

Prezidentdən daha iki yeni təyinat - SƏRƏNCAM

Prezidentdən daha iki yeni təyinat - SƏRƏNCAM

29 Mart 2016, 17:00


Martın 29-da Prezidenti İlham Əliyevin sərəncamı ilə İlqar Nazim oğlu Muradov Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının üzvü, İbrahim Əsəd oğlu Alışov isə Baş icraçı direktoru vəzifələrinə təyin edilib.   

Modern.az xəbər verir ki, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.

İlqar Muradov 1971-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Texniki Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsini fərqlənmə diplomu ilə bitirib. İ.Muradov müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Milli Depozit Mərkəzinin İdarə heyəti sədrinin müavini, təyinatdan əvvəl isə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi sədrinin müavini vəzifəsində çalışb.

İbrahim Alışov 1967-ci ildə Sumqayıt şəhərində anadan olub. N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını bitirib. Əmək fəaliyyətinə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində başlayan İ.Alışov sonradan bank sektorunda müxtəlif vəzifələrdə işləyib. 2016-cı ildən “Caspian Development Bank”ın Müşahidə Şurasının sədri vəzifəsini icra edirdi.
 
Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal