Modern.az

Dollar bahalaşacaq?

Dollar bahalaşacaq?

30 Mart 2016, 01:09

 

“Qlobal iqtisadi risklərin mövcudluğu ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbərliyini uçot dərəcəsinin artırılması prosesinə daha ehtiyatlı yanaşmağı vadar edir”. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu FED-in rəhbəri Canet Yellen Nyu-York İqtisadi Klubunda çıxışı zamanı bildirib.

“Hazırkı aşağı uçot dərəcəsi ilə qlobal iqtisadi problemlərə cavab olaraq FED-in ənənəvi siyasət yürütməsi məqbul sayılmır. Qlobal proseslər riskləri artırır və iqtisadi, o cümlədən maliyyə mühiti uçot dərəcəsini artırdığımız ötən ilin dekabr ayından daha əlverişsiz olur”, - deyə C. Yellen bildirib.

Bununla yanaşı, FED rəhbəri uçot dərəcəsinin konkret olaraq hansı ayda artırılacağını dilə gətirməyib.    

Modern.az  
Sizə yeni x var
Keçid et
Xameneinin bunkerinin yerləşdiyi ərazi vuruldu