Modern.az

Deputat bankları ittiham etdi: "Elə şərtlər irəli sürürlər ki.."

Deputat bankları ittiham etdi: "Elə şərtlər irəli sürürlər ki.."

30 Mart 2016, 13:51


“Banklar elə şərtlər irəli sürürlər ki, adamlar kredit almaqdan əl çəkirlər. Ona görə də məsələyə kompleks yanaşmaq lazımdır”.

Modern.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin martın 30-da keçirilən iclasında deputat Hüseynbala Mirələmov deyib.

O, qeyd edib ki, iş adamları icarəyə götürdükləri torpaqlarda məhsul istehsal etmək üçün banklardan kredit götürmək istəyir, amma banklar onların başına oyun açır, bezdirirlər.

Hüseynbala Mirələmov deyib ki, heç kim dövlət torpaqlarını zəbt edə bilməz:

 “Heç kim torpaqları zəbt edə bilməz. Çünki harasa bir mıx vuran kimi yüz yerdən tökülüb gəlirlər”.

Deputatın sözlərinə görə, pay torpaqlarını istifadə etməyən insanlardan bunun səbəbini soruşmaq lazımdır.

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal