Modern.az

Polşada futbol komandası qəzaya düşüb: -3 ölü, 2 yaralı

 Polşada futbol komandası qəzaya düşüb: -3 ölü, 2 yaralı

Təhsil

30 Mart 2016, 20:14

 

Polşanın 3-cü liqasında çıxış edən "Volçanka" futbol komandası faciəvi avtomobil qəzası keçirib. Modern.az saytı "report"a istinadən xəbər verir ki, "Avia Svidnik"lə oyuna yollanan komandanın avtobusu qarşıdan gələn yük maşını ilə toqquşub.  

Nəticədə, 5 futbolçu həyatını itirib. Bunlar 28 yaşlı Rafal Pıdıx, 23 yaşlı Kamil Pıdıx, 19 yaşlı Patrik Şveçak, 25 yaşlı Mariuş Korzepa və 29 yaşlı Kamil Oşlizlodur. Oyunçulardan 3-ü hadisə yerindəcə, 2-si xəstəxanada keçinib.  

Qeyd edək ki, faciəvi hadisə ilə əlaqədar Polşa və Finlandiya yığmaları arasındakı yoldaşlıq görüşü birdəqiqəlik sükutla başlayıb.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?