Modern.az

Əlimməməd Nuriyev rüşvəti aşkar edən qanun hazırlayıb

Əlimməməd Nuriyev rüşvəti aşkar edən qanun hazırlayıb

Qarabağ

23 Dekabr 2010, 12:46

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə dövlət Dəstəyi Şurasının dəstəyi ilə  “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən ““Anti-korrupsion ekspertiza haqqında” qanun layihəsinin hazırlanması” layihəsi çərçivəsində “Normativ hüquqi aktların antikorrupsion ekspertizası haqqında” qanun layihəsi hazırlanıb. Bu barədə Modern.az-a “Konstitusiya” Araşdırmalar Fondundan məlumat verilib.

Qanun layihəsinin hazırlanması zamanı qanunvericiliyin anti-korrupsion ekspertizası sahəsində beynəlxalq metod və mexanizmlərin öyrənilib və nəzərə alınıb.

Bu qanun layihəsinin hazırlanmasında əsas məqsəd normativ hüquqi aktlarda və normativ hüquqi aktların layihələrində korrupsiya ilə əlaqədar hüquqpozmalara şərait yaradan müddaəların aşkara çıxarılması və aradan qaldırılması məqsədilə antakorrupsion ekspertizanın hüquqi və təşkilati əsaslarını müəyyən edilməsi və belə ekspertizanın keçirilməsi ilə əlaqədar yaranan münasibətləri nizama salınmasıdır.

Qanun layihəsində korrupsiogen müddəaların təsnifatı verilib, normativ hüquqi aktın ayrı-ayrı maddə və müddəalarının geniş diskresion səlahiyyətlər və imkanlar verən, ağırlışdırıcı tələblər nəzərdə tutan mənafelər balansını pozan normalar hesab edilməsinin meyarları müəyyənləşdirilib. Normativ hüquqi aktda hüquqi boşluqlar, kolliziyalar və qanunvericilik texnikasının çatışmazlıqları hesab edilən hallar təsbit edilib. 

Qanun layihəsində  “Antikorrupsion ekspertizanın keçirilməsi qaydası”, normativ-hüquqi aktların antikorrupsion ekspertizasının prinsipləri, əsas şərtləri  öz əksini tapıb. Həmçinin, Antikorrupsion Ekspertiza Mərkəzinin yaradılması da nəzərdə tutulub.  
Antikorrupsion Ekspertiza Mərkəzinin hüquq sahəsində fəaliyyət göstərən elmi idarələrin, təhsil müəssisələrinin, vəkillərin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrindən ibarət tərkibdə yaradılması məqsədəuyğun sayılıb.

“Konstitusiya”  Araşdırmlar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, “dünya təcrübəsinə baxdıqda  görə bilərik ki, korrupsiyaya qarşı mübarizə aparılması məqsədi ilə yeni alətlər işlənilib hazırlanır ki, bunlar arasında ən böyük səmərə və effektivliyə malik olan alət normativ-hüquqi aktların və qanun layihələrinin anti-korrupsion ekspertizasıdır”.

“Normativ hüquqi aktların qəbulu mərhələsində korrupsiyaya yol aça biləcək halların aşkar edilməsi və aradan qaldırılması korrupsiyanın qarşısının alınmasına, həmçinin icraedici  və yerli idarəetmə orqanlarında çalışanların fəaliyyətində korrupsiya hallarının yaranmaması və onların fəaliyyətinin təkmilləşməsi və nəticə etibarı ilə isə vətəndaşların hüquq və azadlıqlarının pozulmasının qarşının alınmasına şərait yaradır. Beynəlxalq təcrübəyə nəzər saldıqda qanunvericiliyin anti-korrupsion ekspertizasının qanun ilə nizamlandığını görə bilərik. Bunu nəzərə alaraq “Konstitusiya” Araşdırmaları Fondu ““Normativ hüquqi aktların antikorrupsion ekspertizası haqqında” qanun layihəsini hazırlayıb”, - deyə Ə.Nuriyev vurğulayıb.

Ə.Nuriyev  qeyd edib ki, yaxin zamanda bütün maraqlı tərəflərin iştirakı ilə bu qanun layihəsinin ictimai müzakirəsi təşkil ediləcək. Eyni zamanda bu qanun layihəsi müvafiq dövlət orqanlarına və Milli Məclisə təqdim ediləcək. Millət vəkilləri ilə bu qanun layihəsinin qəbulunun parlamentdə gündəliyə gətirilməsi ilə bağlı ilkin danışıqlar da aparılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama