Modern.az

Qarabağda yaşayan ermənilərin dəqiq sayı məlum oldu - STATİSTİKA

Qarabağda yaşayan ermənilərin dəqiq sayı məlum oldu - STATİSTİKA

Ölkə

31 Mart 2016, 10:26

2015-ci ilin dekabrında Dağlıq Qaravağda keçirilən siyahıyalmanın ilkin nəticələri məlum olub.

Modern.az saytı Ermənistan KİV-nə istinadla xəbər verir ki, Azərbaycanın işğal olunmuş torpaqlarında 146 min 260 nəfər yaşayır. Qondarma “Dağlıq Qarabağ Respublikasının Statistika Xidməti”nin məlumatına görə, həmin sakinlərin 70 min 512 nəfəri şəhərlərdə, o cümlədən 50 mini Xankəndində yaşayır.

“Qarabağın Statistika Xidməti” siyahıyalamanın yekun nəticələri barədə 2016-cı ilin noybarında yekun hesabat dərc edəcəyini və həmin sənəddə 55 aspekt üzrə Dağlıq Qarabağda yaşayan sakinlərin milliyəti, məşğuliyyəti və sosial tərkibi barədə məlumat verəcəyini bildirib.

Dağlıq Qarabağda sonuncu dəfə 2005-ci ildə siyahıyalama keçirilmişdi. Həmin vaxt bölgədə 137 min 737 nəfərin yaşadığı müəyyən olunmuşdu.
Son 10 ildə Azərbaycanın işğal olunmuş torpaqlarında yaşayan əhalinin sayı cəmi 8,5 min nəfər artıb.

Vüqar İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi