Modern.az

Mədəniyyətdən yazan jurnalistlər ilin əsas yaddaqalan hadisələrini saydılar

Mədəniyyətdən yazan jurnalistlər ilin əsas yaddaqalan hadisələrini saydılar

Qarabağ

23 Dekabr 2010, 14:02


Modern.az
saytı mədəniyyət sahəsindən yazan jurnalistlərdən 2010-cu ilin əsas yaddaqalan mədəniyyət hadisələri barədə soruşub.

“Azərbaycan xalçasına YUNESKO tərəfindən verilən qiymət ən mühüm hadisəsidir”

“Üç nöqtə” qəzetinin əməkdaşı Ramilə Qurbanlı bildirib ki, “2010-cu il mədəniyyət sahəsində bir sıra hadisələrlə yadda qaldı. “Azərbaycan xalçasının YUNESKO-nun mənəvi irs siyahısına  salıması  ilin ən mühüm hadisələrindəndir. Bu milli-mənəvi dəyərlərimizə verilən yüksək qiymətdir. Ermənilər istəsələr belə, bundan sonra xalçalarımızı oğurlaya bilməyəcəklər”. R.Qurbanlı qeyd edib ki, cari ildə ölkədə aparılan abadlıq, quruculuq işləri  mədəniyyət sahəsindən də yan keçməyib.
”Milli Dram Teatrının təmir olunaraq yeni simada istifadəyə verilməsi təqdirəlayiq hadisədir. Həmçinin, bu il ərzində hesab edirəm ki, kino sahəsində də uğurlar qazanmışıq. Mən şəxsən bir çox  kinoların çəkiliş prosesində olmuşam. Deyə bilərəm ki, tam müasir, dövrün təlabatına uyğun filmlər çəkilib”.

“Çətin ki, yaxın 10 ildə Azərbaycanda belə peşəkar tamaşalar görək...”

“Day.az” saytının şöbə müdiri Vüqar Vüqarlı qeyd edib ki, Milli Dram Teatrının rekonstruksiyadan sonra işə düşməsi ilin ən dəyərli hadisəsidir.
“Hamımız bu açılışı səbirsizliklə gözləyirdik. Çox möhtəşəm açılış mərasimi oldu. Bununla yanaşı, digər teatrlarda bərpa işləri aparıldı. Aparılan kadr islahatları nəticəsində bacarıqsız aktyorlar səhnədən uzaqlaşdırıldı. Düşünürəm ki, bundan sonra bəzi sənət adamları boş yerə maaş almayacaqlar”.
Jurnalistin fikrincə, ilin ikinci mühüm hadisəsi Bakıda dünya şöhtərli “Çexov” teatrının tamaşalarının keçirilməsidir: “Desəm bəlkə də yanılmaram. Möhrəşəm tamaşalar izlədik. Mən inanmıram ki, yaxın 10 ildə Azərbaycanda belə peşəkar səviyyəli tamaşalar görək. Bu mənim üçün xoşbəxtlikdir ki, mən həmin tamaşalarda iştirak etmişəm.
Üçüncü yaddaqalan hadisə hesab edirəm ki, Rus Dram Teatrının 90 illiyinin qeyd edilməsi və bununla bağlı keçirilən tədbirlərdir. Mərasimdə iştirak etmək üçün Rusiyadan gələn qonaqlar sözün həqiqi mənasında şokda idilər. Onlar gözləmirdilər ki, Azərbaycanda belə möhtəşəm teatr fəaliyyət göstərir. Hətta Rusiya prezidenti Medvedev təbrik teleqramı da göndərmişdi”.

“İlin ən yaddaqalan hadisəsi “Sahil” filminin çəkilməsidir”

“Trend” İnformasiya Agentliyinin mədəniyyət yazarı  Eldar Hüseynzadə sorğumuza belə cavab verib: “Ümumilikdə 2010-cu il Azərbaycanda digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də bir çox əlamətdar hadisə ilə yadda qaldı. İlk növbədə deyə bilərəm ki, bu sahədə ən böyük işlərdən biri “Sahil” filminin çəkilməsi oldu. Daha sonra bir çox mədəniyyət evləri, teatrlar müasir üslubda təmir edildi. O cümlədən, Dram Teatrının təmiri mühüm hadisələrdəndir.
Daha bir ən yaddaqalan hadisə Bakıda möhtəşəm “Çexov Teatr” festivalının keçiriliməsi oldu”.

“Faiq Ağayevin bıçaqlanması ilin hadisəsidir”

APA-nın mədəniyyət yazarı Ülkər Qasımova deyib ki, 2010-cu ildə baş verən ən mühüm hadisə xalq artisti Faiq Ağayevin bıçaqlanmasıdır. Bunu ilin ən sensasiyalı olayı hesab edən Ü.Qasımova aktyorlarımızın səhhətində yaranan ciddi problemlərdən də danışıb.
O, dövlət teatrlarında uğurlu islahatlar aparılmasını da ilin hadisələri sırasına əlavə edib. “Yeni mədəniyyət müəssisələri tikilib istifadəyə verildi”-deyə həmkarımız bildirib.

“Rastropoviç festivalı möhtəşəmliyi ilə yadda qaldı”

“525-ci”qəzetin əməkdaşı Hüsniyyə İsmətqızı  II  Rastropoviç Festivalının Bakıda keçirilməsini ilin ən mühüm hadisəsi hesab edir. O, bildirib ki, görkəmli bəstəkar Üzeyir Hacıbəyovla bağlı keçirilən festival və milli mətbuatın 135 illiyinə həsr olunmuş silsilə tədbirlər 2010-cu ildə ən yaxşı hadisələridəndir.

“Elə bir mühüm hadisə baş verməyib”

“2010-cu ildə Azərbaycanda mədəniyyət sahəsində elə də mühüm bir hadisə baş verməyib”. Bu fikirləri “Yeni Müsavat” qəzetinin əməkdaşı Sevil Hilalqızı sorğumuza cavab olaraq bildirib. O, açıqlamasında vurğulayıb ki, ölkənin mədəni həyatında əlamətdar hadisə olmasa da, teatr sahəsində ciddi abadlıq-uruculuq işləri aparılıb.
“Görülən işlər haqda onu deyə bilərəm ki, il ərzində  yüksək səviyyəli  “Çexov Teatrı” festivalı keçiridi. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən  bir neçə film çəkilib ki, bunları da müsbət  hadisə kimi qiymətləndirirəm”.

“Səfurənin ifası möhtəşəm adlındı”

“Bizim Yol” qəzetinin əməkdaşı Gülnarə Rəfiq ilin yaddaqalan hadisəsini belə xatırlayıb: “Mən ilin ən yaddaqalan mədəniyyət hadisələrindən biri kimi Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində uğurlu çıxışını qeyd etmək istərdim. Baxmayaraq ki, biz Norveçdə layiqli yer tuta bilmədik, ancaq Səfurə Əlizadənin ifası möhtəşəm idi”.
G.Rəfiq daha sonra televiziya kanallarında yayımlanan mahnı müsabiqələrin əhəmiyyətindən danışıb. Vurğulayıb ki, ”Azəri Star”, “Yeni Ulduz” kimi müsabiqələrinin keçirilməsi istedadlı gənclər üçün əla fürsətdir. “Artıq savadlı gənclər, gözəl səsə malik olan insanlar arxa planda qalmayacaqlar. Ara müğənniləri də tədricən aradan çıxmalıdırlar.  

Anar Rüstəmov

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama