24 dekabr tarixdə bir sıra hadisələrlə yadda qalıb. Eyni zamanda bu günün öz məşhurları var...
1825-ci ilin məhz bu günündə rus çarı I Nikolay taxta çıxıb. Onun taxta çıxması “Dekabrist hərəkatı” adı ilə tarixə düşən zadəgan üsyanı ilə müşayət olunub. Pestel, Rıleyev və digərləri “xalqsız, amma xalq üçün” tezisi ilə qaldırdıqları qiyamı I Nikolay qan içində böğdu. Puşkinin “Çaadayevə” şeri məhz I Nikolayın qanlı inaqurasiyasının tənqidinə yönəlmişdi. “Qığılcımdan alov doğar” şüarı ilə Puşkinə cavab verən dekabristləri çar Nikolay Sibirə sürgünə göndərdi. İmperatorun bütün səylərinə baxmayaraq, dekabristlərin həyat yoldaşları da onlarla birgə Sibirə getdilər. I Nikolay zamanı Rusiya “Avropanın jandarmı” adını qazandı.
1865-ci ilin bu günü zəncilər üçün qorxulu yuxu olan Ku-Klus-Klan təşkilatı yaradılıb. Amerika tarixinin ən iyrənc səhifəsi olan bu təşkilat qaradərili insanların məhkəməsiz “Linç”ləyərək öldürürdü. “Amerikanı “qara ləkədən” təmizləmək misisyası daşıyan bu təşkilat 50-60-cı illərdə ABŞ-da öz huquqları uğrunda mübarizə aparan qaradərili insanları qətlə yetirirdi. Məşhur amerikalı keşiş, hüquq müdafiəçisi Martin Lüter Kinq bu təşkilatən fəalının əli ilə öldürülüb.
2005-ci il dekabrın 23-dən 24-nə keçən gecə Bakı aeroportundan havaya qalxan AN-140 tipli sərnişin təyyarəsi təxminən 7 dəqiqədən sonra beynəlxalq hava limanından 18 kilometr aralıda, Nardaran qəsəbəsi yaxınlığında yerə düşüb, təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak oldu.
Bu gün şair Məmməd Aslanın ad günüdür. M.Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olub. Klassik ədəbiyyata dərin bələd olan atasının gözəl şeir demək təbi olsa da, onları çap etdirməib. Lakin bunlar kiçik yaşlı oğlunda şeirə-sənətə tükənməz həvəs oyadıb. Kəlbəcərdə orta məktəbi bitirdikdən sonra APİ-nin filologiya fakültəsində təhsil alan Məmməd Aslan əmək fəaliyyətinə rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlayıb. O, Kəlbəcərdə bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı «Yenilik» qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin axırlarında Bakıya köçüb, burada «Ulduz», «Azərbaycan təbiəti» jurnallarında, «Azərbaycan gəncləri», «Ədabiyyat və incəsənət» qəzeti redaksiyalarında çalışıb, «Yazıçı» nəşriyyatında böyük redaktor olub.
Uzun illər AzTV-də çalışan şair “Ekran-Efir” qəzetinin baş redaktoru olub. İndi təqaüddədir.
Əfqanıstan prezidenti Həmid Kərzayinin doğum günüdür. O, 1957-ci ildə doğulub. 2004-cü ildən bəri Əfqanıstan Respublikasının prezidetidir.
H.Kərzayi milliyətcə paştun mənşəlidir. 2001-2004 illər arasında xalq tərəfindən çox sevilən Kərzayi hökumətinə indi Əfqanıstan əhalisi ürəkdən inanmır.
1981-i ilin bu günü rus müğənnisi Dima Bilan anadan olub. Mahnıları ilə populyar olan Bilan 2008-ci ildə “Eurovision” müsiqi yarışmasının qalibi olub.
Modern.az