Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ABŞ-da məscidin açılışında azərbaycanlı xanm jurnalistdən bəhs edib.
Ərdoğan çıxışı zamanı türkiyəli jurnalistlərə hazırda cəbhə xətdində gedən döyüşlərlə bağlı ona sual verən xanım jurnalisti nümunə göstərib:
“Az öncə Azərbaycan telekanallarında çalışan bir jurnalist qarşımı kəsdi. Onun gözlərində göz yaşı gördüm. Hadisələrə görə ağlayırdı. Görəsən, bizim ölkənin jurnalistlərinin gözündə bu göz yaşını görə biləcəyik?”
Qeyd edək ki, Ərdoğan həmin jurnalistin adını açıqlamasa da, sözügedən həmkarımızın Qənirə Ataşova olduğu məlum olub.
Ərdoğan açıqlamasında cəbhədə baş verənlərlə bağlı Minsk qrupunu ittiham edib:
"Biz dualarımızı etdik. İnşallah bu atışmalarda azərbaycanlı qardaşlarımız ən az itki verməklə bu işin öhdəsindən gələrlər. İllərdir ki, işğal altında olan Dağlıq Qarabağdakı mübarizə, təəssüf ki, Minsk qrupu üçlüsünün etinasızlığı səbəbindən bizi belə bir tablo ilə qarşı qarşıya qoydu.
Əgər Minsk qrupu burada adil şəkildə, qərarlı şəkildə hərəkət etsəydi bu günlərə gəlməzdik. Azərbaycanlı qardaşlarıma Allahdan yardım diləyirəm.
Üzülməyəcəyik, inanırıqsa mütləq üstünük".
Modern.az