ADU-da təntənəli “Məzun günü” - FOTOLAR
Azərbaycan Dillər Universitetində (ADU) ənənəvi olaraq hər il keçirilən “Məzun günü” bu il iyun ayının 25-də böyük coşqu və sevinclə qeyd olundu. Təntənəli tədbirdə 2023/2024-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsillərini başa vuran məzunlarla yanaşı, millət vəkilləri, universitetin professor-müəllim heyəti, ictimaiyyət nümayəndələri, müxtəlif dövlət qur...