Modern.az

Düşmənin 170 hərbçisi və 12 zirehli texnikası məhv edildi

Düşmənin 170 hərbçisi və 12 zirehli texnikası məhv edildi

4 Aprel 2016, 17:32

Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və dəqiq vurulan atəş zərbələri nəticəsində böyük itkilərə məruz qalan erməni hərbi qulluqçuları vahimə içində silah-sursatlarını ataraq öz mövqelərindən qaçır, panikada olan düşmən geri çəkilir. 

Bu barədə Modern.az saytına Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, son saatlar ərzində birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və 12 zirehli texnikası sıradan çıxarılıb.

Silahlı Qüvvələrimizin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə bölmələrimiz tərəfindən mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri icra edilir.

Aqşin Kərimov  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi