Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistan bölməsi Dağlıq Qarabağa yardımlar ayırmağa başlayıb.
Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, beynəlxalq humanitar təkşilatın Yerevan bölməsinin rəhbəri Zara Amatuni Dağlıq Qarabağda 3 min erməninin son hadisələr nəticəsində öz yaşadıqları evlərdən qaçqın düşdüyünü deyib.
“Hazırdakı məlumata görə, azı 3 min Qarabağ ermənisi evlərini tərk edib. Bizim Xankəndindəki 15 əməkdaşımız və Yerevandan göndərdiyimiz daha 3 nəfər onlara yardım edir”.
Hazırda bölgədə dərman çatışmazlığının olduğu da Qırımızı Xaç Komitəsii tərəfindən qeyd olunub.
Vüqar İsmayılov