Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayaıb.
Modern.az-ın məlumatına görə, sərəncama əsasən, Bünyad Səməd oğlu Hüseynov Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, Bünyad Hüseynov Azərbaycan Xarici İşlər Nazirliyində Yaxın və Orta Şərq İdarəsinin rəis müavini vəzifəsində işləyib.
Modern.az