Modern.az

Müdafiə Nazirliyi təsdiqlədi: Şəhidimizin nəşi ermənilərdədir

Müdafiə Nazirliyi təsdiqlədi: Şəhidimizin nəşi ermənilərdədir

16 Aprel 2016, 11:32


Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin hərbi qulluqçumuzun meyitinin tapılması ilə bağlı verdiyi xəbəri təsdiqləyib.

“Hazırda onun təhvil alınması ilə bağlı müvafiq qurumlarla hazırlıq və əlaqələndirmə işləri aparılır”,-deyə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib.

Düşmən tərəfdə olan şəhdim kimliyi hələ dəqiq bilinmir.

Qeyd edək ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bir neçə gün öncə döyüş meydanında bir hərbi qulluçumuzun itkin düşdüyü barədə məlumat yaymışdı. Qeyd olunmuşdu ki, son döyüşlərdəki itkinlərlə bağlı aparılan axtarışlar zamanı kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə məlumat əldə etmək mümkün olmayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi