Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə yeni təyinat gerçəkləşdirib.
Modern.az-ın məlumatına görə, ölkə başçısının imzaladığı sərəncamla Kamal İltifat oğlu Həsənov Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Xatırladaq ki, Cəbrayıl Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahmud Quliyev bu il martın 3-də vəzifəsindən azad edilmişdi.
Yeni icra başçısı Kamal Həsənov bu təyinatadək Mərkəzi Bank sistemində çalışıb...
Modern.az