Modern.az

Azərbaycanda şəhid məzarları fərqləndiriləcək

Azərbaycanda şəhid məzarları fərqləndiriləcək

7 İyun 2016, 12:35

“Məzarlıqlar haqqında” qanun layihəsinin bu yaxınlarda Nazirlər Kabineti tərəfindən normativ-hüquqi akt kimi qəbul edilməsi gözlənilir.

Akt qəbul edildikdən sonra Azərbaycanda yeni salınan məzarlıqların formaları, məzarlıqların idarəolunması ilə bağlı yeni qaydalar tətbiq olunacaq”.

Modern.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininn sədri Mübariz Qurbanlı söyləyib.

Komitə sədri bildirib ki,Nazirlər Kabinetinin “Məzarlıqlar haqqında” xüsusi qərarı olacaq:

“Bununla əlaqədar işçi qrupun bir necə dəfə toplantısı keçirilib. Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə işçi qrupun bu məsələ ilə bağlı keçirdiyi toplantılar və müzakirələr nəticəsində qanun layihəsi üzərində iş yekunlaşıb”.

Mübariz Qurbanlı şəhid məzarları ilə bağlı məsələnin bu qərar layihəsində deyil, başqa qanunda öz əksini tapacağını vurğulayıb:

“Hazırda şəhidlərin statusunu özündə ehtiva edən qanunlarda şəhid məzarlarının fərqləndirilməsi konkret şəkildə əks olunub. Bu qanun da tətbiq olunur”.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi