Azərbaycan Prezidenti İlham Əliyev Göyçay rayonu İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevi tutduğu vəzifədən azad edib.
Modern.az saytı xəbər verir ki, ölkə başçısı bununla bağlı sərəncam imzalayıb.
Prezidentin digər sərəncamı ilə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə Mehdi Səlimzadə təyin olunub.
Qeyd edək ki, Mehdi Səlimzadə bu təyinatadək Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri postunu tutub.
Modern.az